Ermənistan Rusiya ilə birlikdə ortaq ordu və hava hücumundan müdafiə sistemləri yaradır

Ermənistan Rusiya ilə birlikdə ortaq ordu və hava hücumundan müdafiə sistemləri yaradır
29 May 2021
Mətni dəyiş

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanla hərbi iş birliyinin gücləndiriləcəyini bildirib. 

O, bu barədə Moskvada erməni həmkarı Vaqarşak Arutyunyanı qəbul edərkən danışıb. Şoyqu deyib ki, Ermənistanla hərbi münasibətlər həm ikili zəmində inkişaf edir, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iki üzv ölkəsi kimi.

Müdafiə naziri bildirib ki, iki ölkə arasında birgə hərbi qrupun yaradılması və Qafqazın təhlükəsizlik zonasında ortaq hava hücumundan müdafiə sistemlərinin yaradılması barədə razılaşma uğurla həyata keçirilir.

Şoyqu Ermənistanda yerləşən 102-ci hərbi bazanın regional təhlükəsizlik üçün önəmini xatırladıb və Ermənistanın Müstəqillik Bayramını təbrik edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun