Lavrovdan Türkiyəyə: "Bu, bizim ərazi bütövlüyümüzə qəsddir"

Lavrovdan Türkiyəyə: "Bu, bizim ərazi bütövlüyümüzə qəsddir"
25 May 2021
Mətni dəyiş

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə Ukrayna ilə bağlı xəbərdarlıq edib. Lavrov Ukraynanın qızışdırılmamasını istəyib.

Bu barədə o, Rusiyanın Arqumentı i faktı nəşrinə danışan zaman deyib.

Lavrov bildirib ki, türkiyəli həmkarlarımıza Ukrayna ilə bağlı məsələləri düzgün analiz etmələrini, Ukraynanın millitarist düşüncələrini dəstəkləməməyi hər səviyyədə tövsiyyə edirik.

XİN başçısı əlavə edib ki, Ukraynanın Krım mövzusundakı aqressiv təşəbbüslərini cəsarətləndirməyin Rusiyanın ərazi bütövlüyünə qəsd etməklə eyni ölçüdə bir şey olduğunu türkiyəli həmkarlarımıza açıq şəkildə bildiririk.

Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin krım tatarları ilə bağlı narahatlığının vəziyyətə görə dəyişə bildiyini deyib. O qeyd edib ki, Türkiyənin bu narahatlığı tsiklik əhəmiyyət daşıyır.

Zaxarova Türkiyənin krım tatarları ilə bağlı mövqeyinin şübhəli olduğunu deyib. O, əlavə edib ki, Türkiyədə etnik, dil və dini xarakterli həll olunmamış problemlər var.

"Əgər Türkiyə bu fəaliyyətini davam etdirsə, biz də məcbur qalıb Türkiyədəki bənzər problemləri qabardacağıq. Ancaq bunu etmək istəmirik. Ona görə də türkiyəli siyasətçilərin anlayış göstərəcəyinə inanırıq. Türkiyənin etnik qrupların özlərinin də maraqlarına zidd olacaq addımlar atmayacağını düşünürük", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun