Müdafiə Nazirliyi: "Ordumuzun mövqeləri Ermənistan ordusu tərəfindən atəşə tutulub"

Müdafiə Nazirliyi: "Ordumuzun mövqeləri Ermənistan ordusu tərəfindən atəşə tutulub"
26 May 2021
Mətni dəyiş

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Bu günlərdə Ermənistan əsgərlərinin Azərbaycan postuna hücumunun görüntüləri yayılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun