Robert Koçaryan etiraf etdi: “Biz danışıqların tam hüquqlu tərəfi deyilik”

Robert Koçaryan etiraf etdi: “Biz danışıqların tam hüquqlu tərəfi deyilik”
28 May 2021
Mətni dəyiş
Ölkələr arasındakı sərhəd xətti demarkasiya edildikdən sonra tanınır, bu da Ermənistanla Azərbaycan arasında həyata keçirilməyib. Ermənistan mətbuatı yazır ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib. “Sərhəd xəttinin bir çox yerlərdə dəqiqləşdirilməsinə ehtiyac var. Bu, uzun və olduqca problemli prosesdir. Hər metr torpaq üçün danışıqlar aparılır. Əsasən sərhədin bir hissəsi çox tez demarkasiya edilir, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər də olur”, - deyə R. Koçaryan qeyd edib. O, həmçinin əlavə edib ki, Ermənistan indi zəifləmiş vəziyyətdədir: “Bu gün biz danışıqların tam hüquqlu tərəfi deyilik, bütün ümidimiz yalnız Rusiyadır. Kimin nə deməsindən asılı olmayaraq, ötürmə Rusiya Federasiyası tərəfə edilir. Bunun başqa bir təhlükəli məqamı da var - əgər məsələ həll olunmursa, şüurda belə bir fikir formalaşır ki, demək, Rusiya bunu istəmir. Günahın səndə olmasına baxmayaraq, konspiroloji nəzəriyyə işə düşməyə başlayır. Məsuliyyət başqalarının üzərinə atılır. Hazırkı hakimiyyət bu məsələlərdə çox bacarıqlıdır”, - Ermənistanın keçmiş prezidenti fikrini tamamlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun