Şimali Koreyada bir şəxs həyat yoldaşının və övladlarının gözü qarşısında edam edilib

Şimali Koreyada bir şəxs həyat yoldaşının və övladlarının gözü qarşısında edam edilib
28 May 2021
Mətni dəyiş

Şimali Koreyada bir nəfər qanunsuz film və musiqi diskləri satdığına görə edam edilib. Edamı canlı-canlı 500-dən çox insan izləyib. 

İzləyənlər arasında "anti-sosialist ünsür" kimi edam edilən Lee soyadlı şəxsin yaxın qohumları da olub. Onun ailə üzvləri məcburi şəkildə izləyənlər arasında ön sırada saxlanılıb. Onlar sakitcə ağlayaraq bu prosesi izləyiblər.

Edam qərarında qeyd edilib ki, bundan əvvəl bu cinayəti törədən şəxslər sadəcə əmək düşərgələrinə göndərilib deyə, proses tendensiya halını alıb. Adamların bu cinayəti törədib yüngül cəza ilə xilas olunacağını düşünməsi yanlışdır.

O, 9 güllə ilə edam edilib. Onun həyat yoldaşı, oğlu və qızı həbsxanaya aparılıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun