Ter-Petrosyan Ermənistanda vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Ter-Petrosyan Ermənistanda vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq etdi
28 May 2021
Mətni dəyiş
"Ermənistanda daxili siyasi vəziyyət partlayış təhlükəsi həddindədir. Vəziyyət, demək olar ki, vətəndaş müharibəsi təhlükəsi yaradır". Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan və sabiq prezident Robert Koçaryanın tərəfdarları arasında kəskin antaqonizm mövcuddur: "Bu düşmənçilik dayandırılmasa, nələr olacağını təsəvvür etmək dəhşətlidir. Hər iki tərəf ölüm-qalım məsələsini həll edir". Ter-Petrosyan ölkədəki parlament idarəetmə üsulunu da tənqid edib: "Parlament idarəetmə sistemi Ermənistanı məhvə aparır. Mütləq prezident idarəçilik sisteminə qayıtmaq lazımdır. Parlament sisteminə keçid Serj Sarkisyanın ən böyük səhvi idi. Bu qərar onun öz başına bəla oldu". Levon Ter-Petrosyan Ermənistanı olduqca ağır günlərin gözlədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun