Blomberg: "Türkiyə rus mütəxəssisləri Baydenə siqnal göndərmək üçün geri qaytarıb"

Blomberg: "Türkiyə rus mütəxəssisləri Baydenə siqnal göndərmək üçün geri qaytarıb"
1 İyun 2021
Mətni dəyiş

"Blomberg" nəşri Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərinin öyrədilməsi üçün bu ölkəyə gələn rus mütəxəssislərin geri göndərildiyi barədə məqalə dərc edib. 

Məqalədə bildirilir ki, Türkiyə bu addımı Amerikaya mesaj vermək üçün atıb.

"Türkiyə rus mütəxəssiləri Baydenə siqnal göndərmək üçün evlərinə yolladı" başlıqlı məqalədə deyilir ki, 14 iyunda NATO liderlərinin zirvə görüşü olacaq. Görüşdə Türkiyə və Amerika prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşdən əvvəl Türkiyə bu addım ataraq Qərbə müsbət mesaj verməyə çalışıb.

Bu günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, S-400-lərin hamısı Türkiyənin nəzarəti altındadır, sistemlərin öyrədilməsi üçün ölkəyə gələn mütəxəssislər geri göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun