Cənubi azərbaycanlı fəal Pərisa Rəfii həbsxanadan azad edilib

Cənubi azərbaycanlı fəal Pərisa Rəfii həbsxanadan azad edilib
11 İyun 2021
Mətni dəyiş
Azərbaycanlı siyasi fəal Pərisa Rəfii həbs müddətinin bitməsinin ardından Tehranın Evin həbsxanasından sərbəst buraxılıb. İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Cənubi Azərbaycanın Zəncan vilayətindən olan Tehran Universitetinin tələbəsi iyunun 8-də azad edilib. Tehran Universitetində incəsənət ixtisası üzrə təhsil alan siyasi fəal xanım Rəfii İranda 2018-ci ildə kütləvi etirazlardan sonra həbs edilərək, bir il azadlıqdan məhrum edilmişdi. O, ilkin məhkəmə tərəfindən 7 il həbs, 74 qamçı cəzasına məhkum edilib, 2 il isə ölkədən çıxışına qadağan qoyulmuşdu. İlkin məhkəmə bu ağır hökmü xanım Rəfiiyə qarşı irəli sürdüyü "ictimai asayişi pozmaq", "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "qeyri-qanuni toplaşma" kimi ittihamlara əsaslanaraq vermişdi. Apellyasiya Məhkəməsi və İran Ali məhkəməsi isə həmin hökmü təsdiqləmişdi. Ancaq, onun 7 illik həbs cəzası daha sonra, noyabrın 24-də ümumi əfv hökmü ilə 12 aya endirilmişdi. Rəfii həbsdə ikən Apellyasiya məhkəməsinin prokuroru tərəfindən yeni iddia qaldırılaraq, bir il həbs müddətinə 15 ay daha həbs cəzası əlavə edilmişdi. Apellyasiya məkəməsinin xanım Rəfiiyə qaldırdığı yeni iddia qaldırmasına və ardından 15 ay həbs hökmü çıxarmasına onun həbsxana şəraitinə qarşı tənqidi yazı yazması səbəb olmuşdu. Pərisa Rəfii 2019-cu ilin mayında yazdığı məktubda, həbsxanada saxlanıldığı "kameranın şəraiti" və həbsxana məmurları tərəfindən qadın hüquqlarını müdafiə edən siyasi məhbuslara qarşı irəli sürülən "bakirəlik testi" kimi təzyiqlərə toxunaraq etirazını bildirmişdi. Rəfiinin ona qarşı qaldırılan son iddia ilə əlaqədar son dindirmə iclası Evin Prokurorluğunun 2-ci şöbəsində vəkilinin iştirakı olmadan keçirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun