Həbsdə olan blogerə ciddi xəstəlik diaqnozu qoyuldu

Həbsdə olan blogerə ciddi xəstəlik diaqnozu qoyuldu
15 İyun 2021
Mətni dəyiş
Həbsdə olan bloger Elçin Həsənzadənin Penitensiar Xidmətin müalicə müəssisəsində müayinəsi zamanı səhhətində ciddi problemlər aşkarlanıb. Bu barədə Turan-a onun yaxınları bildiriblər. Həkimlər aortakoronar damarların daralması diaqnozunu qoyublar. Bu da Həsənzadənin sağlamlığı üçün təhlükəli ola bilər. Bundan əlavə, onda bağırsaq çatı və böyrək xəstəliyi aşkar edilib. Xatırladaq ki, bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi bloger və fəallar Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Xüsusi cinayət ittihamı qaydasında iddianı şəhər Mənzil-İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev irəli sürüb və Həsənovun Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148 (təhqir) maddələrilə cəlb olunmasını tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqda tənqidi yazılar səbəb olub. Bundan öncə Mingəçevir məhkəməsi onların hər ikisini islah işlərinə məhkum edib, blogerlər hökmdən şikayət veriblər, lakin Apellyasiya Məhkəməsi cəzanı real həbs müddətilə əvəzləyib.  azadlıqdan məhrum edib. Həsənzadə hüquq-müdafiə fəaliyyəti ilə də məşğul olub, əvvəllər Sumqayıtda nəşr olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun