Mina xəritələrinin verilməməsi vəziyyəti daha da gərginləşdirir - Ceyhun Bayramov

Mina xəritələrinin verilməməsi vəziyyəti daha da gərginləşdirir - Ceyhun Bayramov
21 İyun 2021
Mətni dəyiş
Ermənistanın mina xəritələrini təqdim etməməsi Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli razılaşmanın həyata keçirilməsini ləngidir. Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib. Bu barədə qazaxıstanlı həmkarına məlumat verdiyini deyən C.Bayramovun sözlərinə görə, 10 noyabr 2020-ci il razılaşması imzalanandan sonrakı dövrdə azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 28 nəfər dünyasını dəyişib, 120-dən artıq insan yaralanıb: “Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir və bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun