MN: "Düşmənin kəşfiyyat-diversiya qrupu ərazilərimizi minalamağa cəhd edib"

MN:  "Düşmənin kəşfiyyat-diversiya qrupu ərazilərimizi minalamağa cəhd edib"
8 İyun 2021
Mətni dəyiş

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan ərazilərinə daxil olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428. lkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir", - deyə məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun