Paşinyan: "Azərbaycana verilən xəritə əlimizdəki xəritənin çox kiçik hissəsidir"

Paşinyan: "Azərbaycana verilən xəritə əlimizdəki xəritənin çox kiçik hissəsidir"
14 İyun 2021
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanda saxlanılan erməni hərbiçilərinin 15 nəfərinin geri qaytarılması əvəzində minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsindən danışıb.

Ermənistanın Yeqvard şəhərində seçkiqabağı mitinqdə danışan Paşinyan ölkə müxalifətinin ittihamlarına cavab verib.

Paşinyan deyib ki, bəli, minalanmış ərazilərin xəritələri Azərbaycana verilib, daha bunu danışmağın önəmi yoxdur: "Ancaq bu, əlimizdəki xəritələrin çox kiçik bir hissəsidir", - deyə Paşinyan əlavə edib.

Paşinyan deyib ki, 2020-ci ilin dekabr ayında da belə bir qarşılıqlı dəyişiklik olub, ancaq orada Azərbaycana yaxın olan ərazilərin xəritələri verilib.

İyunun 12-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Azərbaycan 97 min minanın xəritəsi müqabilində saxlanılan 15 ermənini təhvil verib. Ekstradisiya prosesi Azərbaycan-Gürcüstan sərhəd xəttində həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun