Paşinyan Qazaxın 7 kəndi ilə Başkəndi dəyişməyi təklif etdi

Paşinyan Qazaxın 7 kəndi ilə Başkəndi dəyişməyi təklif etdi
11 İyun 2021
Mətni dəyiş
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Gədəbəydəki Başkənddən danışıb. Bu barədə Ermənistan KİV xəbər verib. O, Tavuş vilayətinə səfəri zamanı Qazaxın 7 kəndi ilə Gədəbəyin ərazisində yerləşən Başkənd kəndini dəyişməyi təklif edib: “Hazırda situasiya dəyişməz olaraq qalır. Niyə? Çünki bizim də Başkənd (erm.Artsvaşen) kəndimiz Azərbaycanın nəzarəti altındadır. Bizim məntiqimiz belədir – anklav anklavla dəyişdirilməlidir və onların nəzarətində olan ərazi onlara, bizim nəzarətimizdə olan ərazi isə bizə qalmalıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun