Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb

Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb
25 İyun 2021
Mətni dəyiş

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Bu barədə Kremlin mətbuat xidməti bildirib. Bölgədəki Rusiya – Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət verildiyi qeyd olunub.

Bununla yanaşı, Rusiya lideri bu günlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun