Zaxarova: "Ümid edirik ki, 9 noyabr sənədinin şərtləri tamamilə yerinə yetiriləcək"

Zaxarova: "Ümid edirik ki, 9 noyabr sənədinin şərtləri tamamilə yerinə yetiriləcək"
22 İyun 2021
Mətni dəyiş

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda keçirilən seçkilərdən sonra Rusiya-Ermənistan münasibətlərinin daha da yaxşılaşacağını bildirib.

O deyib ki, həm MSK, həm də beynəlxalq təşkilatlar seçkilərin gedişi ilə bağlı hər hansı ciddi pozuntunun olmadığını bildiriblər, buna görə də nəticələr şübhə altına alına bilməz.

Zaxarova əlavə edib ki, Rusiya seçkilərin nəticələrinin Qarabağ ətrafında yaranan məsələlərə müsbət təsir edəcəyinə ümid edir.

"Xüsusən, 9 noyabr üçtərəfli bəyanatından irəli gələn məsələlərin əskiksiz həll olunacağına və regional sülh yaranacağına inanırıq", - deyə o, əlavə edib.

İyunun 20-də Ermənistanda erkən parlament seçkiləri keçirilib. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş razılaşması" partiyası bütün 2008 seçki məntəqələrində səslərin sayılmasından sonra qalib gəlib.

Seçkilərə 25 siyasi qüvvə - 21 partiya və 4 blok qatılıb. Səsvermə hüququ olan 2 578 milyon vətəndaşdan 1 281 174 və ya 49.4% səsvermədə iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun