Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar olduğunu bildirib

Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar olduğunu bildirib
15 İyun 2021
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünün qəbul olunacağını bildirib.

Zelenski özünün "Twitter" hesabında yazıb ki, NATO partnyorlarımızın qarşılaşdığımız çətinliklərə belə anlayışını təqdir edirəm. NATO zirvəsində liderlər ittifaqın yeni bir üzvü olacağımızı təsdiqləyiblər. Ukrayna Avro-Atlantik məkanda təhlükəsizlik məsələlərinə görə önəmli bir yerdədir və bu dəyərləndirilməlidir", - deyə Zelenski bildirib.

Zelenski NATO zirvəsindən əvvəl İngiltərənin baş naziri Boris Consonla danışmışdı, daha sonra isə Ukraynanın NATO-ya üzv qəbul edilməsinə dair çağırış etmişdi.

Bundan əvvəl Rusiya Ukraynanın NATO-ya üzvlüyünü Rusiya üçün qırmızı xətt olduğunu bildirib. Rusiya tərəfi qeyd edib ki, əgər Ukrayna NATO-ya üzv olsa, bu vəziyyəti daha da gərginləşdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun