13 İyul 2021
Mətni dəyiş
İyulun 10-da Azərbaycan qeyri-hökumət təşkilatları koalisiyası “Mədən sənayesində şəffaflığın artırılması təşəbbüsü" çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində təbii ehtiyatların qanunsuz istismarı haqda bəyanat qəbul edib.
"Jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, Argentina, Avstraliya, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Niderland, BƏƏ, Çin, Litva, Livan, Yunanıstan, Uruqvay, Hindistan, Kanada və digər ölkələrin vətəndaşlarının özəl şirkətləri işğal edilmiş ərazilərdə Ermənistan və separatçı rejimlə birlikdə təbii resursların işlənilməsi üzrə müəssisələr yaradıblar".
Ümumilikdə, işğal olunmuş ərazilərdə dünyanın 20-dən çox ölkəsinin şirkətləri fəaliyyət göstəriblər. Son 12 ildə onlar Qarabağa 500 milyon dollar sərmayə qoyulub. Ötən ilin oktyabrında Azərbaycan Baş Prokurorluğu 6 şirkət rəhbəri və 12 nəfər barəsində beynəlxalq axtarış elan edib.
"Azərbaycan bu məsələni mütəmadi olaraq qaldıranda vətəndaşları Qarabağda fəaliyyət göstərən dövlətlər bu faktları təkzib edir, ya da məsuliyyəti öz üzərlərindən götürməyə çalışırlar. Onlar bildirirlər ki, resursların işlənməsini dövlət yox, özəl şirkətlər aparırlar. Lakin bu şirkətlər öz dövlətlərinin büdcələrinə vergi ödəyirlər", - sənəddə deyilir.
Mədən sənayesində şəffaflıq təşəbbüsü strategiyasına uyğun olaraq, şirkətlər təbii ehtiyatların hasilatı sahəsində rəsmi dövlət hüquqi şəxs ilə saziş bağlamalıdırlar.
Digər tərəfdən, 1949-cu il Cenevrə Konvensiyası şirkətlərə münaqişə nəticəsində uzun müddət işğal edilmiş və faktiki statusu aydın olmayan ərazilərdə hasilat aparmağı qadağan edir. İşğalçı dövlətin işğal edilmiş ərazilərdə hər hansı təbii ehtiyatları və ya mülkiyyəti istismar etmək hüququ yoxdur.
Mədən sənayesində şəffaflıq təşəbbüsü koalisiyası beynəlxalq koalisiya katibliyini və digər hökumətlərarası və beynəlxalq hüquq-müdafiə təşkilatlarını Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş və fəaliyyət göstərməyə davam edən şirkətlərə qarşı müvafiq hüquqi tədbirlər görməyə çağırır.
Belə şirkətlər arasında "Canadian First Dynasty Mines Ltd" (Kanada), "GeoProMiningLtd" (Rusiya) və "GPM Gold" törəmə strukturu, Amerika şirkətləri "Global Gold Armenian Ltd", "Geologix Group", "Rodino Haskovo" JIC, "Centro Ceibal", "Deccan Gold Mines Ltd", "Indian Sterlite Gold Ltd", "Cosmote Romanian Mobile Telec Telecommunications S.A” və digər şirkətlərin adları açıqlanıb.
Koalisiyaya Azərbaycanın 52 qeyri-hökumət təşkilatı daxildir.