MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"

MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
5 Avqust 2021
Mətni dəyiş

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən açıqlama yayıb. Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

"Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - deyə açıqlamada bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun