Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
10 Avqust 2021
Mətni dəyiş

Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun