İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - [Yenilənib]

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - [Yenilənib]
29 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. **** Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb. APA-nın verdiyi məlumata görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində İ. Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək. Eyni zamanda, hər iki ölkənin Baş nazirlərinin iştirakı ilə Hökumətlərarası birgə İqtisadi Komissiyanın iclası keçiriləcək. İ. Qaribaşvilini səfərdə müavini, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava və hökumət administrasiyasının rəhbəri İliya Darçiaşvili müşayiət edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun