Mövlud Çavuşoğlu: "Azərbaycan tərəfindən Ermənistana hərtərəfli sülh sazişi təklif olunub"

Mövlud Çavuşoğlu: "Azərbaycan tərəfindən Ermənistana hərtərəfli sülh sazişi təklif olunub"
27 Sentyabr 2021
Mətni dəyiş

"Ermənistana hərtərəfli sülh razılaşması təklif olunub, hələlik razılıq gəlməyib".

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Şurasının xarici işlər nazirləri ilə görüşü zamanı deyib. Türkiyənin ev sahibliyi ilə Dolmabaxçada keçirilən iclasda nazir bildirib ki, Türkiyə atdığı addımları Azərbaycanla birlikdə planlayır.

Jurnalistin "Ermənistanlı həmkarınızla görüşmək kimi bir planınız varmı?" sualına cavab olaraq Çavuşoğlu bildirib ki, belə bir plan yoxdur.

"Ermənistandakı seçkilərdən sonra bu ölkənin baş naziri Nikol Paşinyan müsbət açıqlamalar verdi. Buna cavab olaraq hörmətli prezident Rəcəb Tayyib Ərdoğan da müsbət mesajlar verdi. İstəyimiz odur ki, regional sülh əldə olunsun. Azərbaycanın Ermənistana hərtərəfli sülh sazişi təklifi oldu. Hələlik müsbət cavab gəlməyib. Biz isə atacağımız addımları Azərbaycanla birlikdə planlayırıq", - deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun