Avropa İttifaqı Rusiya qazından imtina edilərsə Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlar aparır

Avropa İttifaqı Rusiya qazından imtina edilərsə Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlar aparır
31 Yanvar 2022
Mətni dəyiş

Son günlər Rusiya-Ukrayna arasında baş verən siyasi gərginliklərin fonunda gəzən məlumatların biri də odur ki, Avropa İttifaqı müharibənin başlaması ilə ola biləcək qaz böhranın aradan qaldırılması üçün hərəkətə keçib.  Məlumatlarda qeyd olunurdu ki, Azərbaycan da bu danışıqlar prosesinin iştirakçısıdır və əgər Rusiya-Ukrayna müharibəsi başlasa, Aropa İttifaqı ərazisinə qaz tədarük ilə bağlı razılıqlar alınmağa çalışılır. Hətta qeyd olunurdu ki, bir qrup Aİ nümayəndəsi Azərbaycana gəlib və energetika naziri Pərviz Şahbazovla görüşüblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell gəzən məlumatları təsdiqləyib. Borrell bildirib ki, diplomatiyanın uğursuzluğa düçar olacağı təqdirdə hazır olmalıyıq. "Biz bütün variantları və ssenariləri, o cümlədən ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gəldiyi halda qaz tədarükü məsələsində işləməyi nəzərdən keçiririk" -  deyə o, əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun