Azərbaycan təbii qaz probleminə görə Türkiyəyə ixracı artırır

Azərbaycan təbii qaz probleminə görə Türkiyəyə ixracı artırır
27 Yanvar 2022
Mətni dəyiş

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə ixrac etdiyi təbii qazın hasilatını artıracaq.  Bu barədə məlumatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov verib. “İrandan Türkiyəyə təbii qaz idxalatıyla əlaqədar texniki problemlərin səbəb olduğu müvəqqəti çətinliyin aradan qaldırılması üçün Türkiyə Azərbaycana müraciət edib. Türkiyənin müraciətinə müsbət cavab verilib. Mövcud imkanlar səfərbər edilərək Azərbaycandan Türkiyəyə təbii qaz ixracatı tələbə uyğun olaraq artırılacaq", - deyə Əhmədov bildirib. İran Türkiyəyə ixrac etdiyi təbii qazı məhdudlaşdırıb. Bildirilib ki, buna səbəb texniki problemlərdir. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun