İsrail 5 vətəndaşını İrana casusluq etməkdə şübhəli bilərək saxlayıb

İsrail 5 vətəndaşını İrana casusluq etməkdə şübhəli bilərək saxlayıb
14 Yanvar 2022
Mətni dəyiş

İsrailin Daxili Kəşfiyyat Xidməti “Şin Bet” 5 israillini İrana casusluq etməkdə ittiham edərək həbs edib

Bu barədə İsrailin yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, casusluqda ittiham olunan şxəslərin 4-ü qadındır. Sosial şəbəkələr vasitəsilə Rambod Namdar adlı İran vətəndaşı bu şəxslərlə tanış olub və onları İsrailin əleyhinə fəaliyyət göstərməyə cəlb edib.

Qeyd olunub ki, özünü İranda yaşayan bir yəhudi kimi təqdim edən Namdar qadınlardan İsrailin həssas bölgələrinin şəkillərini istəyib. Bundan başqa, İsrailin strateji obyektlərinin və təhlükəsizlik tədbirlərinin izlənilib çatdırılması da istənilib. Onlar qısa müddət ərzində İsrailin siyasətçiləri ilə də münasibət yaratmalı imişlər. Bunun qarşılığında isə Namdar onlara külli miqdarda pul verib.

Yerli mətbuatın yazdığına görə, qadınlardan birinin oğlu hərbi xidmətdə olan zaman oradakı gizli sənədləri anasının vasitəsi ilə İran kəşfiyyatına ötürüb.

"Şin Bet" məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, qadınların sözügedən şəxsin İran kəşfiyyatçısı olmasından şübhələnməsinə baxmayaraq, bəziləri onunla əlaqə saxlayıb,  onlardan tələb etdiyi müxtəlif tapşırıqları yerinə yetirməyə razılaşıb və buna görə pul alıblar. Hələlik isə araşdırmalar davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun