Maqsud Mahmudovun istintaqı yekunlaşıb, 90 nəfər zərərçəkmiş kimi tanınıb

Maqsud Mahmudovun istintaqı yekunlaşıb, 90 nəfər zərərçəkmiş kimi tanınıb
26 Yanvar 2022
Mətni dəyiş

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv ediləndən sonra orada başına gətirilənləri danışaraq tanınan iş adamı Maqsud Mahmudovun cinayət işi yekunlaşıb, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlumata görə, istintaqda 90 nəfər zərərçəkmiş kimi tanınıb. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib.

Mahmudov dələduzluqla yanaşı, həm də xüsusi dəyəri olan əşyaları talamaqda ittiham olunur.

İş adamı mətbuata çıxdıqdan bir müddət sonra Azərbaycan hökumətinin qatı dəstəkçisi olub. O, həm video-debatlarda, həm də kütləvi aksiyalarda iştirak edərək Azərbaycan hökumətinin maraqlarını müdafiə edib.

Ancaq Azərbaycandan getdikdən sonra isə hökumətin sərt tənqidçisinə çevrilib. O, xaricdə yaşayan bloqerlərlə birlikdə canlı yayım açaraq Azərbaycan hökumətinə qarşı fikirlər səsləndirib.

Beynəlxalq axtarışa verilən Mahmudov 2021-ci ildə yul ayında Ukrayna ərazisində tutulub, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun