Pakistanda ilk dəfə Ali Məhkəmənin sədri qadın olub

Pakistanda ilk dəfə Ali Məhkəmənin sədri qadın olub
25 Yanvar 2022
Mətni dəyiş

Pakistanda Ali Məhkəmənin binasında keçirilən tədbirdə and içən Ayşə Malik Ali Məhkəmənin sədri olub. 

Bununla da ilk dəfə bir qadın Pakistanın baş hakimi olub.

Ayşə Malik səlahiyyətləri keçmiş sədr Gülzar Əhməddən alaraq fəaliyyətə başlayıb: "Ayşə Ali Məhkəmənin sədri olmağa layiq idi və oldu", - deyə Gülzar Əhməd bildirib.

Pakistanın Baş naziri İmran Xan da özünün sosial şəbəkədəki hesabından açıqlama verərək Ayşə Maliki təbrik edib.

Yeni sədr Ayşə Malik 7 yanvarda keçirilən seçkilərdə qalib gəlib.

Pakistanda qadın hüquqları ilə bağlı ciddi problemlər isə hələ də tənqid olunmaqdadır. Son illərə qədər qadınların iqtisadi sektorda iştirakına görə Pakistan dünyanın 135 ölkəsi arasında 134-cü yerdə olub.

Pakistanda qadın hüquqları qrupunun bildirdiyinə görə, ölkədə qadınlara qarşı zorakılıq hallarının sayı hər il daha da artır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun