Polad Aslanov aclığı dayandırıb

Polad Aslanov aclığı dayandırıb
25 Yanvar 2022
Mətni dəyiş

20 gündür həbsxanada aclıq edən jurnalist Polad Aslanov aclığı dayandırıb. 

Bu barədə onun həyat yoldaşı Gülmira Aslanova məlumat verib. Aslanova bildirib ki, həyat yoldaşı həkimlərin israrlı tövsiyyələri ilə aclığı dayandırıb.

Bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mail Məmmədov ona zəng edib və jurnalistin aclığı dayandırdığını bildirib. Sonradan Aslanov özü də zəng edib və aclığı dayandırdığını təsdiq edib. Onun sözlərinə görə, qan təhlilləri çox pis çıxıb.

"Həkimlər deyiblər ki, aclığı davam etdirərsə, Poladın sümüklərində ağrı yarana bilər və o, ömürlük əlil qala bilər", - deyə Aslanova bildirib.

Xeberman.com saytının redaktoru Polad Aslanov 16 noyabr 2019-cu il tarixində İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

“Sərhədsiz Reportyorlar” və digər hüquq müdafiə qurumları Azərbaycan hökumətini Polad Aslanovu azad etməyə çağırıblar.

Yanvarın 6-dan o, işinə yenidən baxılması və Ali Məhkəmədə kassasiya şikayətinə baxılmasının sürətləndirilməsi tələb ilə açlığa başlayıb.

Aclıq aksiyasının 9-cu günündə Ali Məhkəmə Aslanovun şikayətinə baxılmasını fevralın 3-nə təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun