Qırğızıstan-Tacikistan sərhəddində yenə atışma olub, ölən və yaralananlar var

Qırğızıstan-Tacikistan sərhəddində yenə atışma olub, ölən və yaralananlar var
28 Yanvar 2022
Mətni dəyiş

Qırğızıstan və Tacikistan sərhədində sərhədçilər arasında silahlı insident baş verib. 

Hər iki ölkənin rəmi məlumatlarına görə, sərhədçilər arasında 1 nəfər ölüb, 10-dan çox yaralı var. Bildirilib ki, sonradan şiddətlənən döyüşlərdə minaatanlardan və tank əleyhinə silahlardan istifadə olunub.

Ancaq  Qırğızıstan və Tacikistan iki ölkənin nümayəndələri arasında aparılan danışıqlardan sonra sərhəddə tam atəşkəs haqqında razılığa gəliblər.

Razılığıa əsasən, hər iki ölkə sərhəddə toplanmış qüvvələrini daimi dislokasiya yerlərinə qaytaracaqlar, bütün magistral xəttlər açıqlacaq və hər iki ölkənin hüquq mühafizə orqanları birgə patrul xidməti göstərəcəklər.

İki ölkə sərhədindəki su problemi və Tacikistanın müşahidə kameraları quraşdırılması nəticəsində yaranan gərginlik səbəbindən keçən il başlayan qarşıdurmalarda ən azı 55 nəfər həyatını itirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun