Mehriban Əliyeva işdən çıxarılması üçün UNESCO-ya məktub göndərib

Mehriban Əliyeva işdən çıxarılması üçün UNESCO-ya məktub göndərib
15 Noyabr 2022
Mətni dəyiş

Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri kimi işinə xitam verilməsi üçün UNESCO-nun baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası məlumat yayıb.

Mehriban Əliyeva səfir kimi işdən çıxmasını II Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan bərpa və bölgənin dirçəldilməsi işlərinə aktiv cəlb olunması ilə əlaqələndirib. O bildirib ki, bu işlərin fonunda səfir kimi vəzifəsini yerinə yetirməsi imkanı xaricindədir. 

Mehriban Əliyeva 2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri kimi çalışırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun