Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb

Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb
14 Fevral 2022
Mətni dəyiş

Azərbaycanda ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb.

Bu, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi ilə mümkün olub.

Fərmanla ali məktəblərin tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata çatdırılıb.

Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun