Azərbaycan daha 8 erməni hərbçini azad edərək Ermənistana təhvil verib

Azərbaycan daha 8 erməni hərbçini azad edərək Ermənistana təhvil verib
7 Fevral 2022
Mətni dəyiş
Fevralın 7-də Azərbaycan 8 erməni hərbçini azad edərək erməni tərəfinə verib. Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının verdiyi məlumata görə, azad olunanların bir qismi 16 noyabr 2021-ci ildə Kəlbəcər istiqamətində saxlanılıb. Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir. Fevralın 4-də Fransa prezidentinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri, həmçinin Avropa Şurasının rəhbəri ilə keçirdiyi videokonfrans zamanı erməni tərəfi bununla bağlı müvafiq öhdəlik götürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun