Azərbaycan deputatları Ermənistana gedir, iclaslarda iştirak edəcəklər

Azərbaycan deputatları Ermənistana gedir, iclaslarda iştirak edəcəklər
21 Fevral 2022
Mətni dəyiş

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Bu barədə Milli Məclis məlumat yayıb. 

Bildirilib ki, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Avronest PA-nın 9-cu sessiyası ötən il başa çatıb. Onlayn formatda işini davam etdirən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər. Plenar iclasda öncə 2019-cu il dekabrın 9-10-da Tbilisidə keçirilmiş 8-ci sessiyanın protokolu təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun