Baş Prokurorluq: 'Özünü jurnalist kimi qələmə verən şəxs həbs edilib'

Baş Prokurorluq: 'Özünü jurnalist kimi qələmə verən şəxs həbs edilib'
5 Fevral 2022
Mətni dəyiş

Hüquq-mühafizə orqanları özünü jurnalist kimi təqdim edərək, vəzifəli şəxslərdən pul tələb edən şəxsi saxlayıb.

Baş Prokurorluğun fevralın 4-də verdiyi məlumata görə, özünü peşə fəaliyyətini həyata keçirən media nümayəndəsi qismində qələmə verən Hacıyev Bayram Nazim oğlu səhiyyə müəssisəsinin direktoru barəsində "Facebook" sosial şəbəkəsində və "YouTube" videopaylaşım platformasında qeydiyyatdan keçirdiyi "Sizintv.az" və "Vətəndaş Bayram Hacıyev" adlı səhifələrdə yerləşdirilmiş nüfuzdan salan video materialların silinməsi müqabilində həmin şəxsdən müəyyən məbləğdə pul vəsaiti tələb edib.

"Əməliyyat tədbirləri ilə Bayram Hacıyev təkrarən eyni niyyətlə, yəni barələrində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları sosial şəbəkələrdə yayma hədəsi ilə digər tibb müəssisələrinin rəhbər vəzifəli şəxslərindən onların yaxınları vasitəsi ilə 2.000 manat pul vəsaitini əvvəlcədən təyin etdiyi Bakı şəhəri Nərimanov rayonu ərazisindəki görüş yerində alarkən cinayət başında yaxalanıb.

Qeyd edilən faktlarla bağlı cinayət işi açılıb. Hacıyev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi (təkrar hədə-qorxu ilə tələb etmə) ilə ittiham edilərək həbs edilib", - deyə məlumatda bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun