Bir neçə cəbhəçi də prokurorluğa çağırıldığını deyir

Bir neçə cəbhəçi də prokurorluğa çağırıldığını deyir
5 Fevral 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir neçə üzvü Baş Prokurorluğa dəvət edildiyini deyir. 

Bu barədə partiyadan məlumat verilib. Məlumata görə, partiyanın üzvləri Mətanət Turan, Gülnarə Rəhimova, Qadir Xudabaxşıyev və İsrafil Ələkbərli sosial şəbəkələrdəki fəaliyyətlərinə görə Baş Prokurorluğa dəvət ediliblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilir ki, bu dəvətlər partiyaya təzyiqlərin növbəti bir nümunəsidir. Bundan əvvəl partiyanın rəyasət heyətinin üzvü İlham Hüseyn də daxil olmaqla bir neçə üzv quruma dəvət edilmişdi. Onlar sosial şəbəkələrdə yazdıqları statuslara görə çağırıldıqlarını bildirmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun