BNA yaxın zamanlarda Bakıda parklanma probleminə son qoyulacaq deyir

BNA yaxın zamanlarda Bakıda parklanma probleminə son qoyulacaq deyir
7 Fevral 2022
Mətni dəyiş

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov deyib ki, paytaxtda parklanma islahatının aparılması üçün konsepsiya hazırlanıb.

“İki il əvvəl şəhərin parklanma islahatının həyata keçirilməsi ilə bağlı beynəlxalq səviyyədə tanınmış parklanma şirkətini dəvət etmişik. İki illik araşdırmalar aparılıb. Bu araşdırma tələb və təklifin öyrənilməsi, bütövlükdə sistemin təhlili və digər məsələləri əhatə edir. Arxasında çox ciddi təhlillərin dayandığı iki illik araşdırma sənədi BNA tərəfindən müzakirə edilərək qəbul edilib. Bundan sonra həmin sənəd üzrə tövsiyyələr nəzərə alınaraq sistemli parklanma islahatına dair konsepsiyamızı və onun tətbiqi ilə bağlı qanunvericilik aktlarını hazırladıq”, - F. Abbasov bildirib.

Onun sözlərinə görə, bu sənəd Nazirlər Kabinetinə təqdim edilib və hazırda aidiyyatı dövlət qurumları ilə razılaşdırma prosesindədir: "Ümid edirik ki çox yaxın zamanlarda bu prosedurları da sonlandıracağıq, nəhayət pərakəndə parklanma problemindən cəmiyyətin canını qurtaracağıq və sistemli parklanma islahatını tətbiq edə biləcəyik”. 2014-cü ildən etibarən Azərbaycanda yeni praklanma islahatları çərçivəsində Bakı küçələrində parklanma icazəsi olan ərazilərə parkomatlar qurlaşdırılmışdı. Ancaq bir müddət sonra bu sistemlər yığışdırıldı və parklanmaya yenidən "parkovşik" kimi qəbul olunan, ancaq hansı qurumlara bağlı olduqları bilinməyən şəxslər nəzarət etməyə başladı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun