Bu gündən buster dozası olmayanlar restoran, hotel və ticarət mərkəzlərinə daxil ola bilməyəcək

Bu gündən buster dozası olmayanlar restoran, hotel və ticarət mərkəzlərinə daxil ola bilməyəcək
15 Fevral 2022
Mətni dəyiş

Bu gündən etibarən COVID-19 sertifikatlarının etibarlılıq müddəti koronavirusa qarşı peyvənd olunmanı (2 doza) təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra vaksin istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını (buster doza) aldıqda müddətsiz olacaq.

Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb. Eyni zamanda,

Bu gündən ölkədə fəaliyyət göstərən restoran, mehmanxana və ticarət mərkəzlərində qapalı məkanda peyvənd sertifikatına dair yeni tələblər qüvvəyə minib.

18-dən yuxarı olan həmin vətəndaşların yuxarıda adıçəkilən məkanlara girişinə məhdudiyyət qoyulacaq.

Vətəndaşlar qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.

Bundan başqa, bu gündən dövlət qurumlarında, həmçinin digər iş və xidmət sahələrində çalışan işçilərin vaksin pasportunun, immunitet və ya əks-göstəriş sertifikatının olması tələb ediləcək.

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun