DİN: Əri tərəfindən döyüldüyünü deyən qadının iddiaları araşdırılır

DİN: Əri tərəfindən döyüldüyünü deyən qadının iddiaları araşdırılır
11 Fevral 2022
Mətni dəyiş

Bu günlərdə sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı qadının əri tərəfindən döyülməsi və polisin işə etinadsız yanaşması ilə bağlı məlumat yayılıb.  Bu barədə qadının özü yazıb. Belə ki, sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı istifadəçi əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını iddia edib. O, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatının alındığını, lakin hələ də heç bir tədbir görülmədiyini deyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nazirlikdən bildirilib ki, nazirlik yayılanlarla bağlı məlumatlıdır.

Qeyd edilib ki, qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialar araşdırılır. Son illərdə ictimayət nümayəndələri polisin bu cür hallarda etinadsız yanaşması ilə bağlı tənqidi fikirlər səsləndirirlər. Daxili İşlər Nazirliyi isə bu=ütün iddiaları təkzib edərək, polisin daxil olan bütün sorğulara operativ və həssas yanaşdığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun