Həbs olunan cəbhəçi şahmat müəllimi: "Mən heç vaxt siqaret və spirtli içki istifadəçisi olmamışam"

Həbs olunan cəbhəçi şahmat müəllimi: "Mən heç vaxt siqaret və spirtli içki istifadəçisi olmamışam"
12 Fevral 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev ona qarşı irəli sürülmüş narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamını rədd edir.

Hacıyev 26 noyabr 2021-ci ildə saxlanılıb və polis ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürüb.

O, ictimaiyyətə müraciətində sifarişlə saxta ittiham əsasında həbs edildiyini bildirib.

“Mənim evimə basqın edilib və heç bir sənəd təqdim olunmadan məni evdən aparıblar. Evimdən iki noutbuk götürüblər. Kompüterlə narkotik maddənin nə əlaqəsi var?", - o yazıb.

Hacıyev protokolları işgəncə altında imzaladığını bildirib. Fəalın bildirdiyinə görə, onu saxlayandan sonra heç bir ekspertiza aparılmayıb, işə isə saxta rəy əlavə edilib.

"Yazıblar ki, məhkəmə-narkoloji ekspertizanın 29 noyabr tarixli rəyinə əsasən, mən heroindən sui-istifadə nəticəsində narkomaniyadan əziyyət çəkirəm. Lakin noyabrın 29-da heç bir narkoloji ekspetiza keçirilməyib. Mən heç vaxt siqaret və spirtli içki istifadəçisi olmamışam”, - Hacıyev yazıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazılarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun