Hafiz Məmmədov borcun bir hissəsini ödəyib, ev dustaqlığına buraxılıb

Hafiz Məmmədov borcun bir hissəsini ödəyib, ev dustaqlığına buraxılıb
1 Fevral 2022
Mətni dəyiş

İş adamı hafiz Məmmədov ev dustaqlığına buraxılıb.  Bu barədə qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov çıxarıb. Belə ki, Hafiz Məmmədov ittihamda nəzərdə tutulan borclarının 600 min manatını ödəyib, digərinin də ödənilməsi üçün 1 həftə vaxt istəyib. Məmmədov ötən cümə axşamı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin təqdimatı əsasında həbs edilib. O, 1 milyon 465 min manatı ödəməkdən yayınmaqda ittiham olunurdu.

Hafiz Məmmədov 1990-cı illərdən bizneslə məşğul olub. O, hazırkı hakimiyyətə yaxınlığı ilə tanınır. 2003-cü ildən "Baghlan Group FZCO" holdinqin prezidentidir.

2004-cü ildə "Bakı" Futbol Klubunun prezidenti, 2005-ci ildə Milli Futbol Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

2013-2015-ci illərdə İspaniyanın “Atletiko” Futbol Klubunun sponsorlarından biri olub. Klubun oyunçuları matçlara üzərində “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazısı olan köynəklərlə çıxıblar.

2013-cü ildə Fransanın ikinci liqasında çıxış edən "Lans" klubunu alıb. Lakin sonradan komandanı saxlamaq iqtidarında olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun