Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib

Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
14 Fevral 2022
Mətni dəyiş

Azərbaycan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Ali Məhkəmədə keçiriləcək ilkin baxış iclası fevralın 16-na təyin edilib.

Şikayət hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun