MN: ˝Mövqelərimiz iki istiqamətdə atəşə tutulub˝

MN: ˝Mövqelərimiz iki istiqamətdə atəşə tutulub˝
15 Fevral 2022
Mətni dəyiş

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Habelə, məlumatda bildirilib ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub:

"Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb".

Ermənistan tərəfisə ənənəvi olaraq Azərbaycan tərəfinin ittihamlarını rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun