Qarabağ qazisi özünü yandırıb, 2 polis əməkdaşı da xəsarət alıb

Qarabağ qazisi özünü yandırıb, 2 polis əməkdaşı da xəsarət alıb
10 Fevral 2022
Mətni dəyiş

Qarabağ qazisi Sərdar Həsənov Goranboy Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırıb. Məlumatlara görə, qazi problemlərinin həll olunmamasına görə bu addımı atıb. O, hazırda Goranboy Rayon Xəstəxanasının reanimasiya şöbəsindədir.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Qeyd olunub ki, Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb.

Bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Hadisəyə müdaxilə edən iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun