Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib
25 Fevral 2022
Mətni dəyiş

İctimai fəallar Elman Quliyev və Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) üzvü Orxan Baxışlı fevralın 24-ü Rusiyanın Bakıdakı səfirliyi qarşısında Moskvanın Ukraynaya qarşı təcavüzünə qarşı etiraz aksiyası keçiriblər. 

Onlar öz bəyanatlarını oxuyublar. Sənəddə deyilir ki, Rusiyanın təcavüzü Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlib. Müharibə BMT Nizamnaməsinə ziddir və beynəlxalq prinsipləri kobud şəkildə pozur.

İştirakçılar bəyanatı səfirliyə təqdim etmək istəyərkən polis onları saxlayıb. Elman Quliyev polis maşınına əyləşdirilərək aparılıb. Bir müddət sonra o, sərbəst buraxılıb. Azərbaycanda əhalinin böyük hissəsi və vətəndaş cəmiyyəti Rusiyanın təcavüzü fonunda Ukraynanı dəstəkləyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun