Türkiyə və Ermənistan arasında ilk uçuşlar həyata keçirilib

Türkiyə və Ermənistan arasında ilk uçuşlar həyata keçirilib
3 Fevral 2022
Mətni dəyiş

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri çərçivəsində uzun müddətdən sonra İstanbul-İrəvana marşrutu ilə ilk birbaşa uçuş həyata keçirilib.

İlk uçuş Türkiyənin Sabiha Gökçen Hava Limanından saat 23:35-dən edilib. 2 saatlıq uçuşdan sonra təyyarə Ermənistanın paytaxtındakı "Zvartnots" Beynəlxalq Hava Limanına eniş edib. Təyyarədə 99 sərnişin uçuş edib.

Ötən ilin dekabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirmişdi ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün hər iki ölkə qarşılıqlı olaraq elçi təyin edəcək.

Açıqlamadan qısa bir müddət sonra isə Ermənistan tərəfdən Vahan Hunanyan, Türkiyə tərəfdən isə Serdar Kılıç xüsusi elçi olaraq təyin ediliblər.

Onların ilk görüşü Rusiyanın paytaxtı Moskvada baş tutub.

Yanvarın 1-dən başlayaraq Ermənistanda Türkiyə mallarına qoyulan sanksiya qüvvədən düşüb. Türkiyə mallarının idxalına qadağa ötən il oktyabrın 20-də - 44 günlük müharibə zamanı tətbiq edilib.

Eyni zamanda, Ermənistan-Türkiyə arasında çarter reysləri bərpa edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun