Jurnalistlər Prezident Administrasiyasının qarşısında çəkiliş edən zaman saxlanılıblar

Jurnalistlər Prezident Administrasiyasının qarşısında çəkiliş edən zaman saxlanılıblar
15 Fevral 2022
Mətni dəyiş

Müstəqil jurnalistlər Sevinc Sadıqova və Fatimə Mövlamlı polislər tərəfindən saxlanılıb. Bu barədə Fatimə Mövlamlı sosial şəbəkələrdə canlı yayım açıb. 

Mövlamlı bildirib ki, onlar Prezident Administrasiyasının qarşısında etiraz aksiyasını işıqlandırarkən saxlanılıblar.

"Bizdən telefonları almaq istədilər. Çəkilişləri silməyimizi tələb etdilər. Hazırda polis bölməsinə aparılırıq", - deyə jurnalist Fatimə Mövlamlı canlı yayımda deyib.

Azərbaycanda prezident tərəfindən təsdiq edilən yeni "Media haqqında" qanundan sonra jurnalistlərin saxlanılması gözlənilirdi. Belə ki, müstəqil media nümayəndələri və beynəlxalq təşkilatlar hesab edirdilər ki, hökumətin bu qanunu mürtəce mahiyyət daşıyır və ifadə azadlığını boğmaq üçün nəzərdə tutullub.

Həm yerli, həm beynəlxalq səviyyədə çağırışlar olmasına baxmayaraq, Azərbaycan prezidenti medianın məhdudlaşdırılmasını nəzərdə tutan qanunu təsdiqləyib.

Hələlik jurnalistlərin niyə saxlanılması ilə bağlı rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun