Əliyev Mövlud Çavuşoğlunu qəbul edib: "Biz sözün əsl mənasında müttəfiqik"

Əliyev Mövlud Çavuşoğlunu qəbul edib: "Biz sözün əsl mənasında müttəfiqik"
5 Mart 2022
Mətni dəyiş

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdədir. Fevralın 4-də başlayan səfərin məqsədi, iki ölkə arasında olan əlaqələri kordinasiya etmək və regional məsələləri müzakirə etməkdir. 

Çavuşoğlu bu gün prezident İlham Əliyevin qəbulunda olub. Əliyev bildirib ki, Türkiyə-Azərbaycan mütftəfiqliyi daimidir: "Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik.  Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur", - deyə prezident Əliyev bildirib.

Mövlud Çavuşoğlu da iki tərəfli əlaqələrdən danışıb. O, əvvəlcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb: "Qardaşınız, hər zaman təmasda olduğunuz Prezidentimiz Ərdoğanın səmimi salamlarını çatdırmaq istəyirəm. İki gün əvvəl Brüsselə gedərkən oradan da Bakıya gələcəyimi söylədikdə “Biz onsuz da qardaşımla davamlı görüşürük, amma sən salamlarımı da çatdır” demişdi", - deyə Çavuşoğlu bildirib.

Çavuşoğlu bildirib ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun