Əliyevlə Blinken arasında telefon danışığı olub, Cənubi Qafqaz və Ukraynanı müzakirə ediblər

Əliyevlə Blinken arasında telefon danışığı olub, Cənubi Qafqaz və Ukraynanı müzakirə ediblər
16 Mart 2022
Mətni dəyiş

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəmg edib. Bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.  Telefon danışığında tərəflər Cənubi Qafqazda sülhə nail olmaq yollarını Ukrayna məsələlərini müzakirə ediblər.

Ermənistan və Azərbaycan qüvvələri arasında eskalasiya ilə bağlı son xəbərlərə toxunan dövlət katibi “tərəfləri təmkin nümayiş etdirməyə və bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb”.

Dövlət Departamentinin məlumatına görə, Blinken Azərbaycanda insan hüquqları və əsas azadlıqlara hörmətin vacibliyini də vurğulayıb.

“Dövlət katibi ABŞ-ın digər tərəfdaşları ilə yanaşı, Moskvanı və onun tərəfdarlarını, o cümlədən Belarusdakı Lukaşenkо rejimini Kremlin Ukraynaya qarşı əsassız müharibəyə görə məsuliyyətə cəlb etmək öhdəliyini vurğuladı” Son olaraq Blinken Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə görə prezidentə təşəkkür edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun