AĞ Evin 2023-cü il üçün büdcə layihəsində Qarabağ ermənilərinə yardım nəzərdə tutulmayıb

AĞ Evin 2023-cü il üçün büdcə layihəsində Qarabağ ermənilərinə yardım nəzərdə tutulmayıb
31 Mart 2022
Mətni dəyiş

Ağ Ev gələn il Azərbaycana və Ermənistana maliyyə yardımının ötənilki səviyyədə saxlanmasını təklif edib, Turan-ın Vaşinqton müxbiri bildirib.   

Bayden administrasiyasının gələn il üçün təklif etdiyi büdcə Azərbaycana 9 140 000 dollar xarici yardım və 600 000 dollar hərbi yardımı nəzərdə tutur, halbuki, Ermənistan üçün 23 405 000 dollar xarici yardım və 600 000 dollar hərbi yardım təklif olunur.

Büdcə müraciətində ayrıca maddə Ermənistanın narkotik maddələrə qarşı mübarizəsi və hüquq-mühafizə orqanlarına beynəlxalq xərclər üçün 6 050 000 ABŞ dollarının ayrılmasını nəzərdə tutur.

Ötən il Ağ Evin büdcə sorğusu Konqresdəki erməni lobbisinin təzyiqilə dəyişdirilib. O zaman onlar Ermənistana yardımın 24 milyon dollardan 45 milyon dollara qədər artırılmasına və Dağlıq Qarabağ münaqişəsi zonasında minalardan təmizlənmə zamanı zərər çəkənlərə yardım şəklində əlavə 2 milyon dollar da daxil etməyə nail olmuşdular.

Bu bəndlərdən heç biri Ağ Evin 2023-cü il üçün yeni büdcə təklifinə daxil edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun