Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvünü həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvünü həbsdə saxlayıb
15 Mart 2022
Mətni dəyiş

Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü Elşən Abbasovu həbsdə saxlayıb. 

Bu barədə qərar martın 14-də keçirilən prosedə verilib. Apellyasiya məhkəməsi Nərmanov Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Bundan əvvəl, Nərimanov rayon Məhkəməsi hakim Gültəkin Əsədovun sədrliyi ilə martın 5-də Abbasov barəsində 4 ay həbs qətimkam tədbiri seçib.

Abbasov Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittiham olunur.

Yaxınlar və ictimaiət hesab edir ki, Abbasov siyasi fəaliyyətinə görə şərlənərək həbs edilib. O, bundan əvvəl 2017-ci ildə qanunsuz narkotik maddə və silah saxlamaqla bağlı ittihamla həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun