AXCP funksioneri 30 gün müddətinə həbs edilib

AXCP funksioneri 30 gün müddətinə həbs edilib
21 Mart 2022
Mətni dəyiş

Martın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev həbs edilib. 

Bu barədə qərarı Nəsimi rayon Məhkəməsi hakim Azər Tağıyev çıxarıb.

Elxan Əliyev İnxibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə günahlandırılıb və barəsində 30 gün müddətinə inzibati tənbeh tətbiq edilib.

AXCP Mətbuat xidməti bildirir ki, Elxan Əliyev avtomobili ilə hərəkət edərkən saxlanılıb.

“O polisin çağırışına tabe olub və polislə birgə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə gedib. Onun hərəkətlərində polisin çağırışına tabe olmamaq və xırda xuliqanlıq əlamətləri ümumiyyətlə olmayıb.”

Bu həbs Elxan Əliyevin son 6 ayda 3-cü həbsidir. AXCP üzvrlərinin həbsini siyasi motivli hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun